“Taliban”dan hərbi bazaya hücum: 17 hərbçi həlak olub

2018/08/9d64d697-fbf8-41e6-9ca5-516b16a744f3_1534234621.jpg
Oxunub: 3291     16:16     14 Avqust 2018    
Əfqanıstan ordusunun Fəryabda yerləşən hərbi bazası “Taliban” qiyamçılarının hücumuna məruz qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi Qafur Əhməd Cavid verib.

O qeyd edib ki, qiyamçılar ordunun vilayətin Qormaç şəhərində yerləşən bazasına geniş miqyaslı hücum həyata keçiriblər.

Məlumata əsasən hücum zamanı azı 17 hərbçi həlak olub, daha 19-u isə yaralanıb.

Bildirilib ki, ordu qiyamçıların şiddətli təzyiqinə tab gətirməyərək bazadan geri çəkilib. Hazırda hərbi baza “Taliban”ın nəzarətindədir.

Qeyd edək ki, bəzi mənbələrdə ölən hərbçilərin sayının 40-dan çox olduğu iddia edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan   Hərbi-baza  


Bizi "telegram"da izləyin