İsrail ABŞ-dan 550 milyon dollarlıq hərbi yardım alacaq

2018/08/img854829_1534233439.jpg
Oxunub: 3993     15:56     14 Avqust 2018    
Ötən gün ABŞ prezidenti Donald Trampın imzaladığı Milli Müdafiə Səlahiyyətləndirmə Qanununmda önə çıxan əsas məqamlardan biri də İsrailə 550 milyon dollarlıq hərbi yardımın göstərilməsi ilə bağlı olan bənddir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, ABŞ-dan İsrailə edilən 2-ci ən nəhəng hərbi dəstək paketi olacaq.

Belə ki, sözügedən hərbi dəstək paketinin 500 milyon dolları raketdən müdafiə sistemləri üzrə işlərin maliyyələşdirilməsini, 50 milyon dolları isə HƏMAS və digər təhlükəli qrupların İsrail ərazisinə daxil olmaq məqsədilə istifadə etdiyi tunellərin dağıdılmasını maliyyələşdirmək məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, ABŞ-dan İsrailə edilən ən geniş yardım paketinin həcmi 3,8 milyard dollardır ki, 2018-2028-ci illəri əhatə edən bu layihəyə İsrail ordusunun hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsi və kibertəhlükəsizlik üzrə strategiyalar daxildir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ  


Bizi "telegram"da izləyin