Ordu.az RT-yə istinadən xəbər bu barədə Rusiyanın Suriyadakı qoşunlarının rəsmisi bildirib.
Məlumata görə, dronlar qanunsuz silahlı qüvvələrin nəzarətində olan İdlib deeskalasiya zonasından göndərilib. Rusiya ordusunun havadan müdafiə sistemləri isə onları bazaya heç bir xəsar verilmədən zərərsizləşdirməyə nail olub.
Qeyd edək ki, son günlərdə sözügedən baza üzərinə edilən dron hücumlarında aktivlik müşahidə edilir. Təkcə ötən həftəsonu əvvəlcə şənbə günü bir, bazar günü isə iki dronla bazaya hücum edilib, lakin bütün hücumlar uğursuz olub.
Ağalar Ağalarlı
Ordu.az