Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı adının qeyd olunmasını istəməyən ABŞ politoloqu bildirib.
O qeyd edib ki, ölkəsinin NATO müttəfiqlərinin əksəriyyəti ilə ikitərəfli qarşılıqlı münasibətlərinin hazırkı vəziyyəti qətiyyən qəbuledilməzdir.
“Biz NATO tarixində heç olmadığı qədər ciddi bir qütbləşmə görürük. Bir tərəfdə ABŞ və Britaniya, digər tərəfdə isə geri qalan digər alyans üzvləri. Bəli bu bir mərhələdən sonra NATO daxilində qırılıb qopmalara səbəb olacaq. Məsələn, Türkiyənin bu dərəcədə sıxışdırılması Ankaranın Moskvaya üz tutmasına səbəb ola bilər. Hətta Türkiyə alyansı da tərk edə bilər ki, bu onsuz da regionda mövqeyi kifayət qədər sarsılmış Vaşinqtonu tamamilə pis vəziyyətə salacaq. Hazırda ABŞ-ın öz müttəfiqlərinə qarşı etdiyi xəyanət NATO-nu və bütün üzv dövlətləri zəiflətməkdən başqa bir işə yaramır”, - deyə politoloq bildirib.
Dəyanət Ağalarlı
Ordu.az