“Taliban” Əfqanıstan ordusunun bazasını ələ keçirib

2018/08/jpeg_1534229000.jpg
Oxunub: 4205     14:39     14 Avqust 2018    
“Taliban” qiyamçıları ölkənin şimalındakı hərbi bazalardan birinə hücum edərək onun böyük hissəsinə nəzarəti ələ keçirib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, hücum zamanı azı 10 əsgər həlak olub, 15-i isə yaralanıb. Əlavə olaraq 10-dan çox əsgərin isə əsir düşdüyü bildirilir.

Məlumata görə, qiyamçılar Fəryab vilayətinin Qormaç bölgəsində yerləşən Çenayeha hərbi bazasında bir neçə tank və silah-sursat ələ keçiriblər.

Vilayət rəhbəri Məhəmməd Tahir Rəhmani ordunun bazaya daxil ola bilmədiyini və onun böyük hissəsinin hələ də “Taliban”çıların əlində olduğunu qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan   Fəryab  


Bizi "telegram"da izləyin