Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, F-35 satışına qadağa qoyulan 6 silahdan biridir.
Belə ki, Milli Müdafiə Səlahiyyətləndirmə Qanununa əsasən 2019-cu maliyyə ili ərzində ABŞ Türkiyəyə “Patriot” yer-hava tipli hava hücumundan müdafiə sistemi, CH-47 “Chinkook”, AH-64 VƏ H-60 “Black Hawk” sistemi helikopterləri və F-16 qırıcılarının da satışını həyata keçirməyəcək.
Rəsmi Ankara isə bu addımı NATO daxilində bir müttəfiqin digərinə etdiyi xəyanət olaraq xarakterizə edib.
Qeyd edib ki, Türkiyə F-35 qırıcılarının araşdırma və təkmilləşdirmə mərhələsi üçün 1,2 milyard dollar investisiya yatırıb.
Dəyanət Ağalarlı
Ordu.az