Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Əfqanıstanın Müdafiə Nazirliyi verib.
Qeyd olunub ki, 9-12 avqust tarixlərində qiyamçılarla ordu qüvvələri arasında Qəzni vilayətində baş verən qarşıdurmalar zamanı ümumilikdə 300-dən çox insan həlak olub.
Bunlardan 20-30 nəfəri mülki vətəndaş, 125-ə qədəri polis və hərbçi, 194-ü “Taliban” qiyamçısı olub.
Məhv edilən qiyamçılardan 12-si qruplaşma üçün önəmli fiqurlardan hesab olunur.
Qeyd edək ki, bununla yanaşı hökumət qüvvələrindən 120-ə qədər, “Taliban”dan isə 200-dən çox yaralının olduğu bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az