İran ordusu yeni milli kvadrokopterini təqdim edib

2018/08/uduwfknwxuzg8587cdcc460108_1534167696.jpg
Oxunub: 4023     21:41     13 Avqust 2018    
İran ordusu bu gün özünün yeni və yerli istehsal edilmiş hərbi ləvazimatlarını ölkə liderlərinə təqdim edib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu ləvazimatlardan biri də “Hodhod-4” adlı kvadrakopterdir.

İranın milli ləvazimatı olan “Hodhod-4” şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Onun audio, vizual və məlumat kommunikasiyası imkanına sahib komanda və nəzarət sistemi olduğu bildirilir.

Kvadrokopterin uçuş mənzili 100 kilometr, müddəti isə 4 saatdır. Komanda və nəzarət sistemi bütün komputerləşdirilmiş sistemlərə quraşdırıla bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Kvadrokopter   Hodhod-4  


Bizi "telegram"da izləyin