Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbələr yayıb.
Bildirilib ki, koalisiya qüvvələrinin Yəmənin Hudeydə vilayətindəki mövqelərinə intensiv raket zərbələri endirilib.
Məlumata əsasən endirilən 10-dan çox raket zərbəsi nəticəsində azı 15 koalisiya hərbçisi həlak olub.
Qeyd edək ki, koalisiyaya məxsus hava hücumundan müdafiə sistemləri hücumların sadəcə 4-nü zərərsizləşdirməyə nail olub.
Dəyanət Ağalarlı
Ordu.az