Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb Avstraliya hökumətinin hərbi xərcləri azaltmaq barədə olan planlarıdır.
Belə ki, Avstraliya donanmasının 1990-cı ildən bu yana Yaxın Şərq zonasında hərbi mövcudluğu bu ölkə üçün on milyardlarla dollara başa gəlib.
Rəsmi rəqəmlər göstərir ki, hazırda Avstraliya donanmasının Yaxın Şərqdə, o cümlədən İran körfəzində, Benqal körfəzində, Ərəbistan dənizində yerləşdirilən hərbi qüvvələri daxilində 20-dən çox döyüş gəmisi və 4500-ə qədər hərbçi mövcuddur ki, hazırda bunun üçün də illik 2 milyard dollardan çox vəsait xərclənir.
Bu hərbi qüvvələrin bölgədən çıxarılaraq ölkəyə gətirilməsi Avstraliya hökumətinə təxminən 1,7 milyard dollara qənaət etmək imkanı verəcək.
Dəyanət Ağalarlı
Ordu.az