Pentaqon: ABŞ Yəməndə baş verən hücuma görə məsuliyyət daşımır

2018/08/39094929_826555977731951_9219144105408331776_n_1534165882.jpg
Oxunub: 2184     01:53     14 Avqust 2018    
Pentaqon Yəməndə onlarla sivilin ölümünə səbəb olan hücumda istifadə edilən ABŞ-a məxsus raketin kim tərəfindən koalisiya qüvvələrinə çatdırıldığı ilə bağlı dəqiq məlumata sahib olmadıqlarını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqonun mətbuat katibi mayor Coş Cekues bildirib.

O qeyd edib ki, ABŞ-ın bu raketin istifadə edilməsi ilə bağlı hər hansısa bir məsuliyyət daşıdığını demək absurddur.

Bizim bu raketin ABŞ-ın Səudiyyə Ərəbistanına satdıqlarımızdan biri olduğunu, yaxud onların hər hansısa digər 3-cü bir tərəfdən əldə etdiyini bilə bilmərik. İstənilən halda ABŞ Səudiyyə Ərəbistanına MK-82 raketi satıb, lakin bu raketin sivil insanlara qarşı istifadə olunmasının məsuliyyətini Vaşinqton daşımır”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   Yəmən  


Bizi "telegram"da izləyin