Cənubi Koreya Hindistanla birgə yeni hərbi mərkəzlər açacaq

2018/08/39020281_365741310628346_2325567629340704768_n_1534165685.jpg
Oxunub: 2835     01:39     14 Avqust 2018    
Cənubi Koreya Müdafiə naziri Sonq Yunq-mu ölkəsinin Hindistanla müdafiə sənayesi sahəsində əməkdaşlıqlarını genişləndirməyə maraqlı olduqlarını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o bu barədə Hindistanda səfəri əsnasında yerli media orqanlarına verdiyi mətbuat konfransında bildirib.

Sonq Yunq mu bildirib ki, ölkəsi Hindistanın hazırda üzləşdiyi bir sıra problemlərin həllində qarşı tərəfə dəstək göstərməyə hazırdır.

Belə ki, Hindistan ordusunda xüsusilə quru qoşunları daxilində hərbi ləvazimatların qənaətbəxş səviyyədə olmaması ilə bağlı Seul rəhbərliyi öz təkliflərini Dehliyə göndərib.

Nazirin sözlərinə əsasən, Hindistan tərəfi razılıq verəcəyi təqdirdə Cənubi Koreya bir sıra silahların ortaq istehsalı üçün Hindistanda yeni mərkəzlərin açılması ilə bağlı müqavilələr imzalamağı planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Hindistan  


Bizi "telegram"da izləyin