Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu şirkətlər ASELSAN, TUSAŞ, ROKETSAN və “Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ” (STM) firmalarıdır.
Firmaların siyahıdakı yeri isə uyğun olaraq 55, 64, 96 və 97 olub. Bu şirkətlərdən STM bu il ilk dəfə sözügedən siyahıya daxil olduğu halda, ASELSAN və ROKETSAN sonuncu siyahı ilə müqayisədə 2 pillə yüksəlib.
ASELSAN-ın dövriyyəsi 1 milyard 195 milyon, TUSAŞ-ın 1,1 milyard, ROKETSAN-ınkı 376 milyon, STM-ninki isə 369 milyon dollardır.
Ağalar Ağalarlı
Ordu.az