Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məqsəd isə bu ləvazimatların idxalı üçün çəkilən vəsaitə qənaət etməkdir.
Məlumata görə, Hindistan ordusu hər il sözügedən ləvazimatların alınmasına təqribən 115 milyon dollar dəyərində vəsait xərcləyir. Bunun əsas hissəsi isə Ekstremal Soyuq Hava Geyim Sistemləri və dağa dırmanmaq üçün lazım olan ləvazimatlara ayrılır.
Hindistan ordusuna yaxın mənbənin sözlərinə görə, bəzi ləvazimatların ölkə daxilində istehsal edilməsi ilə təxminən 43 milyon dollara qədər qənaət edilə biləcək.
Ağalar Ağalarlı
Ordu.az