Ordu.az xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, ABŞ ordusunun Əfqanıstanda NATO birlikləri daxilində xidmət göstərən xüsusi təyinatlılarından ibarət bir neçə qrup İŞİD-ə qarşı döyüşlərdə iştirak edən Əfqanıstan hərbçilərini əməliyyatlara hazırlayacaq.
Məlumata əsasən ilkin olaraq hər birində 8-12 hərbçinin yer aldığı 6 xüsusi təyinatlı qrupu Əfqanıstanın müxtəlif bölgələrindəki hərbi birliklərə paralel şəkildə təlimlər keçəcək.
Dəyanət Ağalarlı
Ordu.az