Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, sınaq zamanı raket təyyarələrə uzaq məsafədə möhkəm müdafiə edilən hədəfi vurma imkanı verən ənənəvi döyüş başlığı ilə təchiz edilib.
Lakin “Rampage” adlı yeni silahın zəif cəhətləri də var. Silah çox iridir. Onun döyüş başlığı isə digər raket növləri ilə müqayisədə kiçikdir.
Bu silahın təkmilləşdirilməsi ilə birlikdə İsrail Hərbi Hava Qüvvələri qeyri-nüvə hücumları üçün havadan atılan ballistik raket təkmilləşdirən ordular arasında daxil ola bilər.
IAI-nin marketinq direktoru Amit Haymoviçin sözlərinə görə, “Rampage” raketinin aşkarlanması mümkün olsa da, onun qarşısının alınması olduqca çətindir.
İstehsalçı şirkət raketin mənzili barəsində detalları açıqlamasa da, onun bənzər, lakin daha böyük versiyası olan Rusiya versiyası 1200 mil məsafəni vura bilir. Buna görə də, “Rampage”nin də bir neçə yüz mil məsafədəki hədəfi vura biləcəyi ehtimal edilir.
Ağalar Ağalarlı
Ordu.az