Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Qara dəniz filotiliyasının eks-komandiri Admiral Komoyedov bildirib.
O qeyd edib ki, bu addım ABŞ donanmasının gəmisinə və amerikalı hərbçilərə qətiyyən təhlükə yaratmayacaq.
“Bizim döyüş bacarıqlarımız Qara dənizin tam nəzarət altında saxlanılmasına imkan verir. Biz Qara dənizdə mövcud olan hər bir hərbi mövcudluğa həssas yanaşırıq. Bu ABŞ donanması üçün də eynilik təşkil edir. Donanmamız Qara dənizə daxil olan ABŞ döyüş gəmisini izləyəcək. Lakin bu sözügedən gəmi yaxud gəmidə xidmət edən ABŞ hərbçiləri üçün hər hansısa bir təhlükə olduğu anlamına gəlmir”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az