Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən qanun layihəsi həm 2019-cu maliyyə ili üzrə ABŞ hərbi xərclərini özündə ehtiva edir, həm də gələcəklə bağlı strateji planlaşdırma üçün yeni imkanlar yaradır.
Konqres daxilində səsə qoyulan layihə senatorlar palatasında (87-10) və nümayəndələr palatasında (359-54) lazım olan səs çoxluğunu əldə edərək qəbul edilib.
Qeyd edək ki, qanun layihəsində əsas önə çıxan əsas məqamlar hərbi qüvvələrin sayının 15 min 600 nəfər artırılması, hərbçilərin əmək haqqlarının 2,6 faiz qaldırılmasını, geniş miqyaslı modernizasiya planlarının keçirilməsi, kibertəhlükəsizliyin prioritet sahəyə çevirilməsini və s-dir.
Qeyd edək ki, qanun layihəsi qarşıdakı günlərdə imzalaması üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək.
Dəyanət Ağalarlı
Ordu.az