Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Danimarka Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, tərəflər arasında əldə edilən razılığa əsasən ABŞ qarşıdakı 3 il ərzində mərhələli şəkildə 120 ədəd SM-2 raketini Danimarka ordusuna təhvil verəcək.
Alınacaq raketlər Danimarka ordusunun xidmətindəki “İver Huitfeldt” sinif freqatların tərkibindəki hava hücumundan müdafiə sistemlərinə inteqrasiya ediləcək.
Qeyd edək ki, layihənin ümumi dəyəri 152 milyon dollardır.
Dəyanət Ağalarlı
Ordu.az