ABŞ İran körfəzində hərbi quruculuğunu azaldır

2018/08/13970202000688_Test_PhotoI_1534161605.jpg
Oxunub: 4093     20:03     13 Avqust 2018    
ABŞ geridə qalan son beş ay ərzində İran körfəzi regionuna heç bir aviadaşıyıcı yerləşdirməyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, eyni müddət ərzində ABŞ-ın bölgədəki döyüş gəmilərinin də sayı azaldılıb.

ABŞ donanması İran körfəzindəki sonuncu aviadaşıyıcısı “USS Theodore Roosevelt”in (CVN-71) martın 27-də bölgəni tərk etdiyini və Sakit okeana istiqamətləndiyini elan edib.

Həmin tarixdən sonra ABŞ donanması bölgəyə aviadaşıyıcı yerləşdirməməklə yanaşı, həmçinin ərazidəki döyüş gəmilərinin sayını da azaldıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fars-Körfəzi  


Bizi "telegram"da izləyin