Putin və Ruhani arasında ikitərəfli görüş keçirilib

2018/08/Снимок_1534160270.png
Oxunub: 3991     19:39     13 Avqust 2018    
Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzər dənizi sammiti çərçivəsində təkbətək görüşdə bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, tərəflər arasında keçirilən görüşdə İrana qarşı həyata keçirilən sanksiyalarla bağlı müzakirələr aparılıb.

“Vaşinqtonun İrana qarşı atdığı addımlar görüşün əsas gündəmini formalaşdırıb. Tərəflərin tam olaraq hansı razılığa gəldiyini deyə bilməsəm də, bildirmək istərdim ki, cənab Vladirmir Putin İranla ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq sonuna qədər İranın yanında olacağını qeyd edib”, - deyə Peskov bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin