Ordu.az “Guardian”a istinadən xəbər verir ki, Qərb mediası bu hadisəni Tramp üçün may ayından bu yana edilmiş ən böyük hədiyyə kimi xarakterizə edib.
Məsələ ilə bağlı Britaniya hərbi mənbələrinin yaydığı məlumata əsasən bu addım son zamanlarda Əfqanıstanda “Taliban” mövqelərinin güclənməsinə cavab olaraq həyata keçiriləcək əməliyyatları dəstəkləmək məqsədi güdür.
Belə ki, Böyük Britaniya hərbi rəhbərliyi bunun üçün daha 440 hərbçi yerləşdirib ki, bu qüvvələr də Əfqanıstanda fəaliyyət göstərən NATO birliklərinin tərkibində “Taliban”a qarşı irimiqyaslı əməliyyatlar keçirəcək.
Qeyd edək ki, Böyük Britaniya Əfqanıstanda hərbi fəaliyyətlər zamanı 13 ildə 51 milyard dollar xərcləyib.
Dəyanət Ağalarlı
Ordu.az