İran yeni ballistik raketini təqdim edib

2018/08/Снимок_1534157090.png
Oxunub: 2037     18:58     13 Avqust 2018    
İran özünün yeni yaxın mənzilli ballistik raketini təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İran Müdafiə naziri general Əmir Hatəmi bildirib.

Nazirin sözlərinə əsasən, “Fateh Mobin” adı verilən yeni yaxın mənzilli ballistik raket 100 faiz yerli istehsaldır.

250-300 kilometr zərbə radiusuna sahib raketin yerli istehsal olan istənilən hava hücumundan müdafiə sistemlərinə inteqrasiyası mümkündür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Fateh-Mobin   Yaxın-Mənzilli-Ballistik-Raket  


Bizi "telegram"da izləyin