Liberman: “168 HƏMAS üzvü məhv edilib”

2018/08/img854650_1534156570.jpg
Oxunub: 3367     18:38     13 Avqust 2018    
İsrail Müdafiə naziri Aviqdor Liberman 30 martdan etibarən start götürən hərbi əməliyyatlarla bağlı açıqlama verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə İsrail Baş Qərargah rəisi Qadi Eyzenkotla görüşü zamanı bildirib.

Liberman qeyd edib ki, HƏMAS öz fəaliyyətlərini yekunlaşdırmadığı müddətcə İsrail ordusu əməliyyatlarına davam edəcək.

“İlk olaraq bu əməliyyatlarda iştirak edən bütün İsrail ordusu üzvlərinə minnətdarlığımı bildirirəm. Ordu qüvvələrinin 30 martdan bu yana həyata keçirilən mütəmadi əməliyyatları zamanı 168 HƏMAS üzvü məhv edilib, daha 4348-i isə yaralanıb. Onlara məxsus çox sayda mövqe məhv edilib. Əgər HƏMAS öz əməllərini yekunlaşdırmasa, İsrail ordusu əməliyyatlarına davam edəcək”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS   Liberman  


Bizi "telegram"da izləyin