Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Çin hərbi mənbələri yayıb.
Bildirilib ki, Çin donanmasının Cənubi Çin dənizi filotiliyasının tərkibindəki 10-dan çox korvetin sahib olduğu raket və raket sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Qeyd edək ki, sözügedən gəmilər və onların sahib olduğu raket sistemləri düşmən gəmilərdən endirilən hipersəs və normal raket hücumlarının qarşısının alınması məqsədilə istifadə olunur.
Dəyanət Ağalarlı
Ordu.az