Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, ABŞ və Rumıniya arasında bağlanan müqaviləyə əsasən “Lockheed Martin” şirkəti Rumıniyaya məxsus 18 ədəd M142 HIMARS raketdən müdafiə sistemlərinin modifikasiyasını həyata keçirəcək.
Qeyd edək ki, 2020-ci ilin 30 dekabrına qədər tamamlanmalı olan layihənin ümumi dəyəri 218 milyon dollardır.
Dəyanət Ağalarlı
Ordu.az