Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, bu gün Cənubi Çin dənizində ABŞ donanmasına məxsus "Poseidon" qırıcısı Çindən 800 kilometr məsafədə beynəlxalq sular üzərində uçuş keçirərkən Çin tərəfindən xəbərdarlıq alıb.
"Bölgəni dərhal tərk edin. Aydın olmayan nəsə varsa məlumat verin", - deyə Çin tərəfinin göndərdiyi mesajda bildirilib.
Pilot da öz növbəsində göndərilən bu xəbərdarlığa cavab verib: "Mən ABŞ donanmasına məxsus bombardımançınının pilotuyam. Bu uçuş beynəlxalq hüquqi normalarla ziddiyət təşkil etmir"
Qeyd edək ki, bundan sonra qarşı tərəfdən heç bir mesaj bildirilməyib. Təyyarə isə uçuşa davam edib.
Dəyanət Ağalarlı
Ordu.az