Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Böyük Britaniya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinin İraqdakı fəaliyyətləri zamanı istifadəyə yararsız hala salınmış hərbi nəqliyyat təyyarələri yenilərilə əvəzlənəcək.
Qeyd olunub ki, bunun üçün artıq “Lockheed Martin” şirkəti ilə razılıq əldə edilib.
Müqavilə ilə bağlı detallar açıqlanmasa da layihənin 2024-cü ildə yekunlaşdırılacağı bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az