Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb kimi 7 avqust tarixində İspaniyaya məxsus NATO qırıcısının ehtiyatsızlıqdan dolayı raket buraxması göstərilib.
Bildirilib ki, baş verən bu hadisə təlimlərin Estoniya xalqı üçün ciddi təhlükələr doğura biləcəyini göstərir.
Buna görə də tam təhlükəsizliklə bağlı təminat əldə edilmədiyi müddətcə təlimlərin keçirilməsinə icazə verilməyəcək.
Qeyd edək ki, sözügedən hadisə zamanı ispaniyalı pilot AMRAAM hava-hava tipli raket buraxıb, lakin raket təyinatında göstəriləndən fərqli olaraq hədəf tapmadıqda öz-özünü məhv etmək əvəzinə yerə enib.
Dəyanət Ağalarlı
Ordu.az