Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, şirkət layihə çərçivəsində ABŞ Hərbi qüvvələri üçün inteqrasiya edilən nəzarət, komanda, axtarış, kommunikasiya, kəşfiyyat sistemlərinin, həmçinin komputer və digər ağıllı vasitələrin istehsalını həyata keçirəcək.
Məlumata əsasən ümumi dəyəri 597 milyon dollar olan layihə üzrə işlər mərhələli qaydada 2019-2022-ci illəri əhatə edəcək.
Dəyanət Ağalarlı
Ordu.az