Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr verib.
Bildirilib ki, ordu qüvvələri bölgənin strateji Əl-Dəhruc və Əl-Əleyvi şəhərlərinə geniş miqyaslı əməliyyatlar başladıb.
Məlumata əsasən hücumlar nəticəsində bölgədə fəaliyyət göstərən “Hayat Təhrir Əş-Şam” və ona yaxınlığı ilə tanınan “Əl-İzzə” terror qruplaşmaları çox sayda itki verərək geri çəkilməli olub.
Qeyd edək ki, bu, Həmada 8 gündür davam etdirilən intensiv əməliyyatların yekun mərhələsidir.
Dəyanət Ağalarlı
Ordu.az