Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq silahlılar bölgəyə ilkin zərbələr endirməyə başlayıb.
Məsələ ilə bağlı Əfqanıstan ordusunun bölgədəki hərbi birliklərinin komandiri Məhəmməd Ələm Neyrəbi bildirib ki, bölgə dörd bir tərəfdən qiyamçıların mühasirəsi altındadır.
“Artıq qarşı tərəf ilkin əməliyyatlara başlayıb. Hücumlar nəticəsində ordumuzun 7 üzvü yaralanıb. Lakin bu təzyiqlər altında uzun müddət dayanmaq çox çətin olacaq”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az