Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Pentaqonun mətbuat xidmətinin verdiyi bəyanatda qeyd olunub.
Bəyanatı səsləndirən Pentaqon rəsmisi Cekson Proskov bildirib ki, kosmik qüvvələr Rusiya və Çinin sahib olduğu peyk əleyhinə lazer silahlarını nəzarətdə saxlamaqdan məsul olacaqlar.
Belə ki, hazırda qeyd olunan dövlətlərin sahib olduğu lazer silahlar ABŞ-ın hərbi və mülki məqsədlər üçün istifadə etdiyi peyklər üçün potensial təhlükədir.
“Rusiya və Çinin peyk-əleyhinə lazer silahlarını sürətlə təkmilləşdirdiklərini nəzərə alsaq, onda Kosmik Qüvvələrin bu təhlükəni nəzarətdə saxlamaq üçün nə dərəcədə məsuliyyətli işin altına girdiyini anlayarıq”, - deyə qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az