Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq Hərbi Hava Qüvvələrinə məxsus Abbotsford hərbi bazasında keçirilib.
Sınaq zamanı qırıcıların qeyri-döyüş şəraitində sahib olduğu aktiv uçuş xüsusiyyətləri tam olaraq nəzarətdən keçirilib.
Belə ki, qırıcılar uçuş zamanı təyinatında göstərilən 9 kilometr maksimum yüksəkliyə qalxa bilmə xüsusiyyətini demək olar ki, maksimum şəkildə yerinə yetirərək 8,6 kilometrə qədər yüksələ bilib.
Fasiləsiz olaraq 40 dəqiqə uçuş edən qırıcı uçuş zamanı 1600 kilometr/saat maksimum sürətə qalxıb.
Qeyd edək ki, növbəti mərhələ raketlə təchiz edilmiş halda keçiriləcək sınaq uçuşları olacaq.
Dəyanət Ağalarlı
Ordu.az