Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya XİN NATO-nun əhəmiyyətsiz bir təşkilat olması fikrini bir daha vurğulayıb.
“Biz daha öncə də qeyd etmişdik ki, NATO hərbi bloku tamamilə səriştəsiz qurumdur. Son hadisə də bunu bir daha sübut etdir”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, 7 iyulda Estoniyada təlim uçuşu keçirən İspaniyaya məxsus NATO təyyarəsi pilotun ehtiyatsızlığından dolayı hava-hava tipli raket buraxıb. Nəticədə, heç bir hədəf tapmayan raket təyinatına əsasən özünü məhv etməli olduğu halda yerə düşüb.
Dəyanət Ağalarlı
Ordu.az