“Elbit System” İsrail üçün REM istehsal edəcək

2018/08/img853473_1533627456.jpg
Oxunub: 1919     14:56     07 Avqust 2018    
İsrail HDQ radioelektron mübarizə sistemlərinin istehsalı ilə bağlı layihəni “Elbyt Sistems” şirkətinə həvalə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, şirkət on illik layihə ərzində İsrail donanması üçün REM sistemlərinin istehsalını həyata keçirəcək.

Bildirilib ki, 85 milon dəyərində olan layihə üzrə işlərə 2019-cu ildən etibarən start veriləcək.

Qeyd edək ki, sistemlərinin araşdırma və təkmilləşdirmə mərhələsi Böyük Britaniyada, istehsalı isə İsraildə həyata keçiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Elbyt-Systems   REM-Sistemləri  


Bizi "telegram"da izləyin