Husilər Qırmızı dənizə hücumlara iki həftəlik ara veriblər

2018/08/456456_1533107266.jpg
Oxunub: 2127     15:06     01 Avqust 2018    
Husi qiyamçıları Qırmızı dənizdə həyata keçirdikləri hücumlara birtərəfli olaraq iki həftəlik ara verdiklərini elan ediblər.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, qiyamçılara yaxın mənbələr bunun sülh səylərinə dəstəklə əlaqəli edildiyini bildiriblər.

“Dəniz hərbi əməliyyatlarına birtərəfli fasilə məhdud zaman kəsiyi ərzində qüvvədə qalacaq. Əgər bu addıma koalisiya qüvvələri tərəfindən də eyni cür cavab verilsə, bu plan bütün cəbhəboyunu əhatə edə bilər”, - deyə mənbə bildirib.

Qeyd edək ki, bu qərardan qısa müddət öncə qiyamçılar Qırmızı dənizdə Səudiyyə Ərəbistanının neft tankerinə hücum ediblər. Bu hücumdan sonra Ər-Riyad Bab Əl-Məndəb boğazı vasitəsilə neft daşınmalarını dayandırdığını elan edib.

Ekspertlər Səudiyyə Ərəbistanının bununla Qərb dövlətlərinin husilərə qarşı daha ciddi tədbirlər görməsinə nail olmaq və Yəmən müharibəsində daha böyük dəstək qazanmaq istədiyini söyləyirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Qırmızı-dəniz  


Bizi "telegram"da izləyin