Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan təhlükəsizlik qüvvələrinin rəsmiləri bildiriblər.
Xatırladaq ki, dünən bir qrup silahlı şəxs Cəlalabadda hökumət binasına hücum edərək çox sayda insanı əsir götürüb. Onlardan biri isə binanın giriş qapısı önündə özünü partladıb.
Bir neçə saat davam edən qarşılıqlı atışmadan sonra vilayət rəhbərliyinin sözçüsü Attaulla Xoqyani silahlıların məhv edildiyini, binanın böyük hissəsinin isə dağıldığını bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Buna baxmayaraq bu rəqəmlərin artma ehtimalı var.
Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib, “Taliban” isə yaydığı bəyanatda hücumla əlaqəsinin olmadığını elan edib.
Ağalar Ağalarlı
Ordu.az