Yaponiya Rusiyanın mübahisəli adalarda hərbi fəaliyyəti azaltmasını istəyir

2018/08/6456_1533105545.jpg
Oxunub: 4372     14:38     01 Avqust 2018    
“Biz Sakit okeandakı mübahisəli adalar zəncirində Rusiyanın hərbi aktivliyini azaltmasını istədiyimizi ifadə etdik”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri Yaponiyanın Müdafiə naziri İtsunori Onodera səsləndirib.

Dünən rusiyalı həmkarı Sergey Şoyqu ilə baş tutan götrüşündən sonra mətbuat konfransı təşkil edən Onodera Rusiyanın bölgədəki dörd adada hərbi mövcudluğunu gücləndirməsindən narahatlığını bəyan edib.

Yaponiyanın “Aegis” ballistik raketdən müdafiə sistemləri yerləşdirmə niyyətinə də toxunan nazir bu sistemlərin tamamilə müdafiə xarakterli olduğunu və Rusiyaya heç bir təhdid meydana gətirmədiyini vurğulayıb.

Qeyd edək ki, dünən Rusiya və Yaponiyanın Xarici İşlər və Müdafiə nazirləri 2+2 formatında görüş həyata keçirərək, qarşılıqlı əlaqələri və beynəlxalq məsələləri müzakirə ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya-Rusiya   Adalar  


Bizi "telegram"da izləyin