Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov yaponiyalı həmkarı ilə görüşündən sonra bildirib.
“Öz payımıza, biz yenidən ABŞ-ın regionda qlobal raketdən müdafiə elementləri yerləşdirməsindən duyduğumuz narahatlığa diqqət çəkdik”, - deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, ötən ilin dekabrında Yaponiya hökuməti ABŞ istehsalı “Aegis Ashore” raketdən müdafiə sistemlərinin 2023-cü ildə Honşu adasının şimal və cənub-qərbində yerləşdirilməsinə razılıq verib.
Ağalar Ağalarlı
Ordu.az