Növbəti Astana formatlı sammitin vaxtı müəyyən olub

2018/08/RTX5GD2L-870_1533100680.jpg
Oxunub: 2975     13:15     01 Avqust 2018    
Suriyada atəşkəsin zəmanəti rolunda çıxış edən üç dövlətin liderləri arasında növbəti Astana formatlı görüş sentyabr-oktyabr aylarında baş tutacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

“İran, Türkiyə və Rusiya prezidentlərinin Astana formatında sammit üçün növbəti dəfə sentyabr-oktyabr aylarında bir araya gəlməsi gözlənilir”, - deyə Lavrentyev söyləyib.

Qeyd edək ki, sonuncu dəfə belə sammit aprel ayının əvvəllərində Türkiyənin paytaxtı Ankarada baş tutub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Türkiyə   Rusiya  


Bizi "telegram"da izləyin