Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, Putinin şəxsən qatıldığı paradda 40 döyüş gəmisi, 38 təyyarə və 4 minə yaxın əsgər iştirak edib.
Paradda hər şey qaydasında gedərkən “Serna” sinifli eniş gəmisi körpü ilə toqquşub. Qəzanın qeydə alındığı videodan “Ivan Pasko” gəmisinin 15-18 km/saat sürətlə hərəkət etdiyi görünür.
Hadisənin baş vermə səbəbi, yaxud hansısa itkinin yaşandığına dair məlumat olmasa da, həm gəmi, həm də körpü qismən dağıntılara məruz qalıb.
Ağalar Ağalarlı
Ordu.az