Türkiyə yeni yerli PUA-nın kütləvi istehsalına hazırlaşır

2018/07/38212396_2621960444696774_8841466147644637184_n_1533054501.jpg
Oxunub: 3458     00:34     01 Avqust 2018    
Türkiyənin sabit və fırlanan qanadlı PUA-ların imkanlarını birləşdirərək təkmilləşdirilən milli hava vasitəsi “Ulak”ın bu ilin sonuna qədər kütləvi istehsalı planlaşdırılır.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, vasitənin təkmilləşdirilməsi və istehsalını “Lapis Aviasiya Texnologiyaları” şirkəti həyata keçirəcək.

“Ulak” 30X optik yaxınlaşdırma imkanı, 35 mm-lik termal kamera ilə həm gecə, həm də gündüz vaxtı əməliyyat qabiliyyətinə malikdir.

Şirkətin idarə heyətinin rəhbərinin köməkçisi olan Nihat Yanık PUA-nın üzərində 1,5 ilə yaxın müddət ərzində işlər görüldüyünü və bir çox prototipin hazırlandığını bildirib.

Onun sözlərinə görə, hazırda sınaq uçuşları davam edən PUA-nın tezliklə sınaqları tamamlaması və ilin sonuna qədər kütləvi istehsalı planlaşdırılır.

Qeyd edək ki, “Ulak”ın qanad genişliyi 3,6 metr, uçuş ağırlığı 21 kiloqram, uçuş müddəti isə 2,5 saata qədərdir. O, şaquli enmə-qalxma imkanı sayəsində 5 kvadrat-metrlik bir ərazidə rahat enib qalxa bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA   Ulak  


Bizi "telegram"da izləyin