Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, buna əsas səbəb isə iqtisadi məsələdir.
Belə ki, F-22-lərin əməliyyatda istifadəsi olduqca baha başa gəlir. 2013-cü ildə ABŞ Hərbi Hava Qüvvələri fərqli-fərqli təyyarələrinin əməliyyatda istifadəsi zamanı saat başına düşən xərclərinin cədvəlini yayımladı. Nəticələr aşağıdakı kimi idi:
F-22A “Raptor” - 68 min 362 dollar
F-15C “Eagle” – 41 min 921 dollar
F-15E “Strike Eagle” – 32 min 094 dollar
F-16C “Fighting Falcon” – 22 min 514 dollar
A-10C “Thunderbolt II” – 17 min 716 dollar
MQ-9A “Reaper” 4 min 762 dollar
Ötən həftə Pentaqonun Milli Müdafiə Sənayeləri Assosiasiyasının panelində keçirilən müzakirələr zamanı əməliyyat xərclərinin büdcədən böyük miqdarda vəsaitin xərclənməsinə gətirib çıxardığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az