“Angara” 2-ci sınağa hazırlanır

2018/07/received_2621974181362067_1533052851.jpeg
Oxunub: 3340     23:50     31 İyul 2018    
Rusiyanın yeni ağır sinif “Angara A5” raketinin ikinci sınağı həyata keçiriləcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı raketin istehsalının həyata keçirildiyi “Xruniçev” mərkəzində bildirilib.

Qeyd olunub ki, mərkəz istehsalçı şirkətlə birlikdə raketin yeni sınaq üçün hazır vəziyyətə gətirilməsi üzərində işləyir.

Bildirilib ki, sınağın dəqiq tarixi hələlik müəyyən edilməsə də, avqustun ilk on günlüyündə baş tutması gözlənilir.

Qeyd edək ki, “Angara A5”in sınağı Amur regionunda yerləşən “Vostoçni” kosmodromunda həyata keçiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Angara  


Bizi "telegram"da izləyin