Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Yaponiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, təqdimat mərasimində iştirak edən Yaponiya Müdafiə naziri İtsunori Onodera gəmini donanmanın sahib olduğu ən əsas döyüş vasitələrindən biri kimi xarakterizə edib.
Təqdimat zamanı qeyd olunub ki, “Maya” adı verilən 27DDG sinif esminesin ümumi həcmi 8200 ton, uzunluğu 170 metrdir.
Bildirilib ki, yeni döyüş gəmisi “Aegis Baseline J7” döyüş sistemləri və “Northrop Grumman” tərəfindən istehsal edilən AN/SPQ-9B radar sistemi ilə də təchiz edilib.
Qeyd edək ki, 2015-ci ildə Pentaqonla əldə edilən razılığa əsasən ABŞ 1,5 milyard dollar qarşılığında Yaponiya üçün 2 ədəd esmines istehsal etməli idi ki, “Maya” da onlardan birincisidir.
Dəyanət Ağalarlı
Ordu.az