ABŞ Bəhreynə TOW raketlərinin satışını təsdiqləyib

2018/07/maxresdefault_1533046370.jpg
Oxunub: 4076     22:22     31 İyul 2018    
ABŞ və Bəhreyn arasında 80 milyon dollar dəyərində hərbi müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumat Pentaqonun mətbuat xidmətindən verilib.

Bildirilib ki, tərəflər arasında 28 ədəd ABŞ istehsalı TOW raketlərinin satışı ilə bağlı hazırlanan müqavilə bu gün ABŞ Prezident Administrasiyası tərəfindən təsdiqlənib.

Qeyd edək ki, ümumi dəyəri 80 milyon dollar olan layihə “Raytheon” şirkəti tərəfindən həyata keçiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bəhreyn   TOW  


Bizi "telegram"da izləyin