Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilir ki, qarşıdurmaların mərkəzində yenə də əsasən Əl-Bayda vilayəti dayanır.
Məlumata əsasən qarşıdurmalar zamanı tərəflərin heç biri ciddi üstünlük əldə etməsə də, hər iki tərəf kifayət qədər itkilər verib.
Qeyd edək ki, hökumət və qiyamçılar bir-birlərini atəşkəsi pozmaqda ittiham edir.
Dəyanət Ağalarlı
Ordu.az