Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat ABŞ Prezident Administrasiyasından açıqlanan bəyanatda qeyd olunub.
Bildirilib ki, iki ölkə arasında əldə edilən razılığa əsasən ABŞ Küveytə 300 ədəd "AGM-114R Hellfire” raketləri satacaq.
Rəsmi məlumata əsasən ümumi dəyəri 30,4 milyon dollar olan layihə üzərində işlərə bu ilin sonlarından etibarən start veriləcək.
Qeyd edək ki, helikopterdən endirilən və 8 kilometr zərbə radiusuna sahib “AGM-114R Hellfire” raketləri yarım-aktiv lazer aşkaretmə başlığa sahibdir.
Dəyanət Ağalarlı
Ordu.az