Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Misir Silahlı Qüvvələrinin sözçüsü Tamer Əl-Rəfayi bildirib.
O qeyd edib ki, təlimlərdə hərbçilər həm praktiki, həm də nəzəri olaraq hazırlıqlar keçirlər.
Belə ki, təlimdə iştirak edən hərbi qüvvələr taktiki döyüş tapşırıqları, dənizdən quruya doğru şərti hücum əməliyyatları həyata keçirir, eyni zamanda böyük təcrübəyə sahib yüksək rütbəli generallardan mühazirələr dinləyirlər.
Rəfayinin sözlərinə əsasən, ABŞ və Misirin təşkilatçılığı ilə başladılan təlimlərə bu gündən etibarən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi də qoşulub.
Qeyd edək ki, Qırmızı dənizdə keçirilən ortaq hərbi təlimlərin avqustun 3-ü yekunlaşdırılması planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az